Qalreya » Lenkeran Dovlet Dram Teatri

    

Tamaşadan şəkillər

Əli Vəlioğlu “Əsrlərin harayı”






 

 

Tamaşada qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edilir. Eramızdan əvvəl 715-ci ildən bu günə kimi baş verən hadisələr sanki gözümüzün önündə canlanılır və bəlkə də bu günün faciələrinin kökünü, səbəbini məhz uzun-uzun əsrlər bundan əvvəllərdə axtarıb tapmaq tamaşaçılara tövsiyə olunu.

 

Tamaşadan şəkillər

Bəhram Beyzayi  “İlan Sultan”



 

 

“İlan Sultan”  tamaşası iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. Əsərin mövzusu xalq nağıllarından götürülsə də,  bəşəridir və bütün dövrlər üçün aktualdır.

Qeyd edək ki, “İlan Sultan” tamaşası 2016-cı ilin yanvar ayında İran İslam Respublikasında keçirilən Beynəlxalq “Fəcr” Teatr Festivalında “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Tamaşanın quruluşçu rejissoru Xeyrullah Təqyanipur isə festivalın “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi olub.

 

Tamaşadan şəkillər

Eduardo De Filippo  “Ruhlar”



 

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir. Əsərin süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün bu şaiyələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuale şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuale Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruhlara  bənzətməklə özü də gülünc vəziyyətə düşür...

 


 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava