Mirzəyev Sucəddin Qiyas oğlu
09 iyun 1956-ci ildə Masallı rayonun II Yeddioymaq kəndində anadan olub.
1973-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İn cəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə daxil olub.
S.Mirzəyev 1977-ci ildə İnstitutu bitirdikdən sonra təyinatlaN. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyir.
Oynadığı tamaşalardan rollar:
S. Mixalkov “Bahalı oğlan” - Jora Timoxin.
H. Abbaszadə “General” – Həzi Aslanov.
H. İbsen “Kuklalar” – Doktor Rank.
L. Korsunski “Fırıldaqçı” – Ata.
Ə. Nesin “İntihar” - Müştaq bəy.
Anar “Şəhərin yay günləri” - Namiq.
C. Cabbarlı “Sevil” - Balaş.
N. Nərimanov “Nadir şah” - Şah Təhmas.
Ə. Haqverdiyev “Bəxtsiz cavan” - Fərhad.
H. Mirələmov “Vicdanın hökmü” - Rəhim.
H. Mirələmov “Ləyaqət” - Kolya.
X. Murad “Ucalıq” – Mayor.
H. Mirələmov “Pənah xan Cavanşir” – Allahqulu.
A.Zeynalov “Zəncirlənmiş toy busat” –Şah.
H.Allahyarov “Bir ovuc torpaq” – Azad.
Y. Əzimzadə “Nəsrəddin” - Nəsrəddin.
Sofoklın “Şah Edip” - Edip
Elçin “Mənim sevimli dəlim” –Ədəbi işçi
V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Fərhad müəllim
M.Xubai “Şeytanın oyunları” – Britannik
L.H.Lətifovlar “Şah və əks səda” – Kral
L.Korsunski “Kələkbaz” – Oleq Koreşkov
L.H.Lətifovlar “Şah və əks səda” – Kral
Ş.Perro “Qırmızı Papaq” – Piri baba
N.B.Vəzirov “Milyonçu dilənçi” – Əşrəf bəy
Ə.Vəlioğlu “Əsrlərin harayı” – Harpaq
M.F.Axundzadə “Hacı Qara” – Hacı Qara
Oynadığı bəddi filmlər və serialları:
“Susmuş Vicdan” - Azərbaycanlı əsir
“Sevginin göz yaşları” – Cəfər
“Durnalar qayıdanda” – Bahadır müəllim
“İzi itməyən cinayətlər” – Müxtəlif obrazlar
“Günəşim ol” - Ədalət müəllim
S. Mirzəyevin oynadığı Ü. Hacıbəyovun “Olanlardan-keçənlərdən” və
C. Məmmədquluzadənin “Ölülər” tamaşaları Azərbaycan Dövlət Televiziyasında “Qızıl fond”da saxlanılır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan incəsənətindəki inkişafına görə “Əməkdar artist” fəxri adına layiq görülüb.