Böyükxanım Əliyeva » Lenkeran Dovlet Dram Teatri

    

Böyükxanım Əliyeva

 

 

            Əliyeva Böyükxanım Həsənbala qızı

                             Respublikanın xalq artisti

   


28 sentyabr 1945 – ci ildə  Bakı Şəhərində anadan olmuşdur.

     1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi.

B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində

100-dən çox rolar ifa etmişdir.  

Oynadığı tamaşalardan rollar:

 İ. Əfəndiyev  “Atayevlər ailəsi”  - Dilşad xanım 

 M. İbrahimov  “Kəndçi qızı”  - Bənövşə

J. B. Molyer  “Tartüf”  - Dorina

V.Şekspir “Qış nağılı” – Kermona

Şiller “Qaçaqlar” – Amaliya

İ.Əfəndiyev “Məhv olmuş gündəliklər” – Anjel

C.Cabbarlı “Aydın” – Gültəkin

İ.Əfəndiyev “Unuda bilmirəm” – Nərmin

M.Hüseyn “Alov” – Rəfiqə

Qoqol “Müfəttiş” – Anna Andreyevna

S.Vurğun “Vaqif”- Xuraman

S.Vurğun “Fərhad və Şirin” – Məhinbanu

Anar “Təhminə və Zaur” – Təhminə

Ə.Haqverdiyev “Dağılan tifaq” - Sona

Ş.Qurbanov “Sənsiz” - Sevinc

V. Nuşiç “Nazirin xanımı” – Xanım

M. Əliyev  “Ana fəryadı”  - Bəyim

V. Vişnevski  “Nikbin faciə”  - Komissar

     H. Mirələmov  “Ləyaqət”  - Ana

     B.Vahabzadə “Yağışdan sonra” - Nihal

Ə. Əmirli   “Onun iki qabırğası”  - Ceyran

H. Mirələmov “Pənah xan Cavanşir”- Susənbər

Q.Fiqeyredo “Ezop” – Kleya

Sofolk “Şah Edip” – İokasta

A.Nikolai “Dəmir Sinif” – Ambra

L.J.Batista “Mizantrop” –Selimena


       Oynadığı Filmləri:

      “Bağışla gələ bilmədim”  - Səyyarə nənə


   Teatr sənətindəki xidmətlərinə görə o, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına,  2002-ci ildə isə Respublikanın Xalq artisti adına layiq görülmüşdür.

      B. Əliyeva Yeni Azərbaycan Partiyasının və həmkarlar təşkilatının idarə

     heyyətinin üzvüdür. 

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava