Tərlan Abdullayev » Lenkeran Dovlet Dram Teatri

    

Tərlan Abdullayev

                                  Abdullayev  Tərlan  Siyasət  oğlu

 

             02 mart 1989 -cu ildə  Masallı rayonunun  Çaxırlı kəndində  anadan  olub. 

  1995- 2016 - ci illərdə  Masallı  rayon   Çaxırlı kənd  məktəbində  orta  təhsil  alıb .  2007- 2008 -ci  illərdə  hərbi xidmətdə olub.  2009 -cu  ildə  Azərbaycan  Mədəniyyət  və  İncəsənət  Universitetinin  estrada  rejissorluğu  şöbəsinə daxıl  olub.  2011  ci  ildə  Qazaxıstanda  keçirilən  tələbələrin beynəlxalq  teatr  festivalında  Ağ –qara tamaşası ilə  iştirak  edib. Festivalın  baş mükafatı   olan Qran- pri mükafatına layiq  görülüb.  2012 -ci  ildə  Azərbaycan  Gənclər və İdman Nazirliyi  və  Mədəniyyət və Turizm Nazirliyinin  təşkilati  dəstəyi  ilə keçirilən Gənclərin ikinci  teatr  festivalında  müəllifi  olduğu “ Ağacın  nəfəsi”   pyesi ilə iştirak  edərək  eyni  adlı  pyesə  rejissor kimi  quruluş   verib və  həmin  festivalın  ən  yaxşı aktyor  mükafatına  layiq  görülüb.  2013-cü  ildə  ildə T. Səfərlinin  “Ağacın  naləsi” hekayəsi  əsasında  diplom işi hazırlayıb. Eyni  adlı  hekayəni səhnələşdirib.

2014 -cü  ildə    Cənub Regional Televiziya şirkəti  (Region TV İstehsalat birliyində) Yaradıcı və Əyləncəli Proqramlar Departamentində Rejissor  kimi  fəaliyyətə başlayıb. 2015 -ci  ilin oktyabr ayında  öz istəyilə  həmin  işdən  ayrılıb.

2014 -cü  ildən  Lənkəran  Dövlət  Dram Teatrına  aktyor  heyətinə daxil  olub.

 Fəaliyyəti ərzində Eduardo de Filipponun  “Ruhlar” tamaşasında  Rafaelle , “Üç qardaş”  nağıl -tamaşasında  Məlikməmməd , “İlan  Sultan”  tamaşasında  Darğa, Elçin Əfəndiyevin  “Cəhənnəm  sakinləri”  tamaşasında  Pioner,  ikinci kişi, M.F. Axundzadənin  “Hacı Qara”  tamaşasında Səfər  bəy  rollarında çıxış edib.

T.Abdullayev fəaliyyəti ərzində  həmçinin rejissor kimi “Tülkü, tülkü, tümbəki”,  H.X.Andersonun   “Qar  kraliçası” , Ə.Qurbanovun “Ceyranın ad günü” nağıl-tamaşalarına da quruluş  verib.

T.Abdullayev 2015 -ci  ildə  narkomaniya  mövzusunda  Prezident  yanında  Gənclər  fondunun   maliyyə  dəstəyi  ilə Lənkəran Dövlət  Dram Teatrının təşkilatı dəstəyi  ilə  “Yaşamaq   istəyirəm”  adlı  küçə teatr  tamaşasına   rejissor  kimi  quruluş  verib.  2016 -cı  ildə  isə Prezident yanında  Gənclər  fondunun   maliyyə  dəstəyi  ilə Lənkəran Dövlət  Dram Teatrının təşkilatı dəstəyi  ilə   ssenari  müəllifi  olduğu “Ölüm  səsi”    qısa metrajlı  film çəkib.

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava