Lənkəran tetrında "20 YANVAR" faciəsi anılıb » Lenkeran Dovlet Dram Teatri

    

Lənkəran tetrında "20 YANVAR" faciəsi anılıb

Lənkəran teatrında “Əsrlərin harayı” tamaşasına baxış olub

 

Yanvarın 20-də  Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında  Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası  oynanılıb. Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması kimi məsələlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

Böyük maraq doğuran tamaşanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də izləyiblər.

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava