Lerik qastrol səfəri 2016 » Lenkeran Dovlet Dram Teatri

    

Lerik qastrol səfəri 2016

Lənkəran teatrı Lerikdə qastrol səfərində olub

Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub. Yaradıcı kollektiv Lerik rayon mədəniyyət evinin səhnəsində Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranmasından bəhs edir.

 

Böyük maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları  teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və başqalar oynayıblar.

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava