Cəlilabad qastrol səfəri 2016 » Lenkeran Dovlet Dram Teatri

    

Cəlilabad qastrol səfəri 2016

Lənkəran teatrı Cəlilabadda “Olanlardan-keçənlərdən” tamaşası ilə çıxış edib

Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonunda olub.Teatr truppası Üzeyir Hacıbəylinin felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim edib. Xalqı düşündürən, onun tələb və ehtiyaclarından bəhs edən bu səhnə əsərində dövrün ağrılı-acılı məqamları, nadanlıq, cəhalət, sosial eybəcərliklər tənqid atəşinə tutulub.

 

Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sücəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.

 

Qeyd edək ki, “Olanlardan-keçənlərdən” tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Lənkəran teatrının repertuarında öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fond”una daxil edilib.

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava