Uşaqlar üçün yeni tamaşa » Lenkeran Dovlet Dram Teatri

    

Uşaqlar üçün yeni tamaşa

Lənkəran teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub 

 

Oktyabrın 30-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşasının premyerası olub. Lent.az-ın məlumatına görə, tamaşa  “Məlikməmməd”  Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanıb. Lakin müəllif və yaradıcı heyət nağılda cərəyan edən hadisələrə yeni don geydirməklə Padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə veriblər. Belə ki, Məlikməmməd bədheybət divi yaralayaraq ona sehrli almaları aparmağa imkan vermir, daha sonra divin arxasınca zülmət dünyasına gedərək onu öldürür, Qarı nənənin qızını əjdahanın, simurq quşunun balalarını isə ilanın əlindən qurtarır və bununla bütün şücaətlərini həm də ğz qardaşlarının adı ilə bağlayır.  Bu isə Məlikməmmədi tamaşaçıların gözündə  daha da ucaldır.

Tamaşanın sonunda uzun, təhlükəli, çətin sınaqlardan keçən Məlikməmməd yenidən ailəsinə, qardaşlarına, sevdiyi qıza qovuşur. Oğlanlarının şücaətindən, igidliyindən qürur hissi keçirən Padşah isə  onlara bir-birinə həyan olmağı, dar gündə köməyə çatmağı nəsihət edir.

Maraqla baxılan tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Təvəkkül Əliyev, quruluşçu rəssaamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa edirlər.

Qeyd edək ki, “Üç qardaş”  Ağaddin Babayevin Lənkəran teatrında tamaşaya qoyulmuş sayca üçüncü səhnə əsəridir. 


Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava