"Yeni Tamaşa" » Lenkeran Dovlet Dram Teatri

    

"Yeni Tamaşa"

“Ruhlar” Lənkəran səhnəsində


Mayın 22-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” komediyasının premyerası olub. İnsanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirən tamaşa çox sadə süjet xəttinə malikdir. Böyük və cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından öz imarətini heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün şaiyələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuale şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuale isə evin sahibi Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruhlara bənzətməklə özü də gülünc vəziyyətə düşür.

Tamaşanın quruluşçu rejissoru rejissoru Tural Mustafayev, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Rejissor “Ruhlar”a müraciət etməkdə əsas məqsədinin tamaşaçıların diqqətini cəmiyyətdəki mənəvi sapmalara yönəltməkdən ibarət olduğunu bildirib:” Sosial mühit insanı nə qədər sıxsa da, biz öz mənəviyyatımızı, müqəddəs dəyərlərimizi qoruyub saxlamalıyıq. Amma bəzən əksinə olur: sosial problemlər insanı sıxarkən və bundan çıxış yolu tapılmayanda ən müqəddəs varlıqlardan vaz keçilir”. Böyük maraqla izlənilən tamaşada baş qəhrəman Paskuale rolunu teatrın istedadlı aktyoru Əbülfəz Axundov canlandırıb. Digər rolları isə əməkdar artist Adil Zeynalov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov və digərləri ifa ediblər.

 

Yeniliklər

 

Repertuar
Tamaşalar
Aktyorlar
Bölmələr
Təqvim
Hava